
Ərzaqlar
- Biskvit üçün
- 4 yumurta
- 100 qram şəkər
- 20 qram kakao tozu
- 1 paket qabartma tozu
- 100 qram un
- İçlik
- 600 qram çiyələk
- 250 qram 33 %-li qaymaq
- 1 paket vanil
- 1 su stəkanı cem
Hazırlanması
- Yumurtanı şəkərlə mikserlə çalın.
- Una kakao və qabartmanı qatın və yumurtaya əlavə edib qarışdırın.
- 30-40 sm ölçülü soba qabına qida kağızı qoyun və əvvəlcədən qızdırılmış 180 dərəcə sobada 10 dəqiqə bişirin.
- 3-4 çiyələk saxlamaq şərti ilə qalanlarını 3-4 hissəyə bölün.
- Çay dəsmalını nəm edin və biskviti onun üstünə qoyub rulet formasında dəsmal ilə birlikdə büküb kənara qoyun.
- Qaymağı şəkərlə mikserlə çalın. Üzərinə çəkmək üçün bir hissəsini kənara qoyun.
- Soyumuş bistvitin üzərinə cem çəkin və qaymağı, sonra da çiyələkləri yayın.
- Dəsmalın köməyi ilə biskviti ynidən rulet formasınfa bükün.
- Üzərinə qaymaqlı qarışıqdan çəkin və bütöv çiyələklə bəzəyin.
Nuş Olsun!
Nağılsayağı çiyələkli rulet çox yüngül və tez hazırlanan şirniyyat növündən biridir.
Nağilsayaği Çiyələkli Rulet
Hiç yorum yok:
Yorum Gönder