4 Ekim 2017 Çarşamba

Qozlu Piroq

Ərzaqlar


  • 1 paket vanil 

  • 150 qram xırdalanmış qoz 

  • 100 qram kərə yağı 

  • ¾ su stəkanı şəkər 

  • 1 su stəkanı un 

  • 1 paket qabartma tozu 

  •  2 yumurta 

  • 125 qram süd


Hazırlanması


  1. Yumurtanı mikserlə çalın və üzərinə vanil və şəkəri əlavə edin.

  2. Əvvəlcədən yağı otaq temperaturunda yumşaldın və yumurtaya əlavə edin.

  1. Qoz ləpəsini və qabartma tozunu una qatın və hissə-hissə süd ilə birlikdə unu yumurtalı qarışığa əlavə edib qarışdırın.

  2. Dairə formasında olan soba qabına qida kağızı qoyun və əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Hazır olduqda soyuduqdan sonra üzərinə şəkər pudrası səpin.



Nuş olsun!


Qozlu piroq şirniyyatınıza qoz fərqli dad verıəcək..



Qozlu Piroq

Hiç yorum yok:

Yorum Gönder