
Ərzaqlar
- 6 yumurta ağı
- 385 qram şəkər
- 300 qram araxis
- 3 xörək q. nişasta
- 50 qram su
- 2 xörək q. qatılaşdırılmış süd
- 150 qram kərə yağı
- 1 paket vanil
- 2-3 xörək q. alma cemi
- 1 çay q. kakao
Hazırlanması
- Araxisi tavada odda qovurun və blendrlə xırdalayın.
- Tort 3 yumurta ağından hazırlanmış araxisli korjlardan ibarət olacaq.
- 1-ci korju hazırlamaq üçün 2 yumurta ağını 100 qram şəkərlə şişənədən mikserlə çalın.
- 4 xörək q. araxisə 1 xörək q. nisasta qatını və yumurt ağına əlavə edin.
- 21 sm ölçülü soba qabında bizeni tökün və əvvəlcədən 180 dərəcə isidilmiş sobada 120 dəqiqə bişirin.
- Qalan 2 korju da bu qaydada bişirin.
- Kremi hazırlamaq üçün 50 qram suyu odda qızdırın üzərinə 85 qram şəkər əlavə edin. Şəkər əriyən kimi üzərinə bişmiş südü tökün və 10 dəqiqə alçaq odda qaynadın.
- Kərə yağını mikserlə çalın və yavaş yavaş siropu əlavə edib vanil qatın.
- Kremin 2/3 hissəsini kənara qoyun qalan hissəyə kakao qatın.
- Tortu hazırlamaq üçün 1-ci korjun üzərinə ağ krem çəkin.
- 2-ci korjun üzərinə alma cemi çəkin.
- 3-cü korjun üzərinə kakaolu krem çəkin və tortun kənarlarını da kremləyin və araxislə bəzəyin.
- Üzərini isə ağ kremlə zolaq formada bəzəyə bilərsiniz.
Nuş olsun!
Rahat Tort
Hiç yorum yok:
Yorum Gönder