25 Ekim 2017 Çarşamba

Nağilsayaği Çiyələkli Rulet

Ərzaqlar


  • Biskvit üçün

  • 4 yumurta

  • 100 qram şəkər

  • 20 qram kakao tozu

  • 1 paket qabartma tozu

  • 100 qram un

  • İçlik

  • 600 qram çiyələk

  • 250 qram 33 %-li qaymaq

  • 1 paket vanil

  • 1 su stəkanı cem


Hazırlanması


  1. Yumurtanı şəkərlə mikserlə çalın.

  2. Una kakao və qabartmanı qatın və yumurtaya əlavə edib qarışdırın.

  3. 30-40 sm ölçülü soba qabına qida kağızı qoyun və əvvəlcədən qızdırılmış 180 dərəcə sobada 10 dəqiqə bişirin.

  4. 3-4 çiyələk saxlamaq şərti ilə qalanlarını 3-4 hissəyə bölün.

  5. Çay dəsmalını nəm edin və biskviti onun üstünə qoyub rulet formasında dəsmal ilə birlikdə büküb kənara qoyun.

  6. Qaymağı şəkərlə mikserlə çalın. Üzərinə çəkmək üçün bir hissəsini kənara qoyun.

  7. Soyumuş bistvitin üzərinə cem çəkin və qaymağı, sonra da çiyələkləri yayın.

  8. Dəsmalın köməyi ilə biskviti ynidən rulet formasınfa bükün.

  9. Üzərinə qaymaqlı qarışıqdan çəkin və bütöv çiyələklə bəzəyin.



Nuş Olsun!


Nağılsayağı çiyələkli rulet çox yüngül və tez hazırlanan şirniyyat növündən biridir.



Nağilsayaği Çiyələkli Rulet

18 Ekim 2017 Çarşamba

Şokoladlı Piroq “Kuxe”

Ərzaqlar


  • 2 su stəkanı un 

  • 2 su stəkanı şəkər 

  • 4 yumurta 

  • 1 su stəkanı süd 

  • 1 su stəkanı duru yağ 

  • 3 xörək q. kakao 

  • 1 paket qabartma tozu 

  • 1 paket vanil


Hazırlanması


  1. Yumurta və şəkəri mikserlə çalın. Vanil əlavə edin.

  2. Süd, yağ və kakao əlavə edin.

  3. Bu qarışıqdan 1 su stəkanına tökün və kənara qoyun. Bundan şokoladlı qlazur hazırlanacaq.

  4. qalan hissəyə qabarma ilə qarışdırılmış unu əlavə edin.

  5. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20-25 sm ölçülü qabda 30 dəqiqə bişirin.

  6. Bişdikdən sonra isti formada xəmirin üzərinə kənara qoyduşunuz qlzuru tökün. Soyuduqdan sonra servis edə bilərsiniz.



Nuş olsun!


Şokoladli piroq “Kuxe şokolad sevənlər üçün əsl yerinə düşəcək.



Şokoladlı Piroq “Kuxe”

11 Ekim 2017 Çarşamba

Rahat Tort

Ərzaqlar


  • 6 yumurta ağı

     


  • 385 qram şəkər

     


  • 300 qram araxis

     


  • 3 xörək q. nişasta

     


  • 50 qram su

     


  • 2 xörək q. qatılaşdırılmış süd

     


  • 150 qram kərə yağı

     


  • 1 paket vanil

     


  • 2-3 xörək q. alma cemi

     


  • 1 çay q. kakao


Hazırlanması


  1. Araxisi tavada odda qovurun və blendrlə xırdalayın.

  2. Tort 3 yumurta ağından hazırlanmış araxisli korjlardan ibarət olacaq.

  3. 1-ci korju hazırlamaq üçün 2 yumurta ağını 100 qram şəkərlə şişənədən mikserlə çalın.

  4. 4 xörək q. araxisə 1 xörək q. nisasta qatını və yumurt ağına əlavə edin.

  5. 21 sm ölçülü soba qabında bizeni tökün və əvvəlcədən 180 dərəcə isidilmiş sobada 120 dəqiqə bişirin.

  6. Qalan 2 korju da bu qaydada bişirin.

  7. Kremi hazırlamaq üçün 50 qram suyu odda qızdırın üzərinə 85 qram şəkər əlavə edin. Şəkər əriyən kimi üzərinə bişmiş südü tökün və 10 dəqiqə alçaq odda qaynadın.

  8. Kərə yağını mikserlə çalın və yavaş yavaş siropu əlavə edib vanil qatın.

  9. Kremin 2/3 hissəsini kənara qoyun qalan hissəyə kakao qatın.

  10. Tortu hazırlamaq üçün 1-ci korjun üzərinə ağ krem çəkin.

  11. 2-ci korjun üzərinə alma cemi çəkin.

  12. 3-cü korjun üzərinə kakaolu krem çəkin və tortun kənarlarını da kremləyin və araxislə bəzəyin.

  13. Üzərini isə ağ kremlə zolaq formada bəzəyə bilərsiniz.

 




Nuş olsun!



Rahat Tort

4 Ekim 2017 Çarşamba

Qozlu Piroq

Ərzaqlar


  • 1 paket vanil 

  • 150 qram xırdalanmış qoz 

  • 100 qram kərə yağı 

  • ¾ su stəkanı şəkər 

  • 1 su stəkanı un 

  • 1 paket qabartma tozu 

  •  2 yumurta 

  • 125 qram süd


Hazırlanması


  1. Yumurtanı mikserlə çalın və üzərinə vanil və şəkəri əlavə edin.

  2. Əvvəlcədən yağı otaq temperaturunda yumşaldın və yumurtaya əlavə edin.

  1. Qoz ləpəsini və qabartma tozunu una qatın və hissə-hissə süd ilə birlikdə unu yumurtalı qarışığa əlavə edib qarışdırın.

  2. Dairə formasında olan soba qabına qida kağızı qoyun və əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Hazır olduqda soyuduqdan sonra üzərinə şəkər pudrası səpin.



Nuş olsun!


Qozlu piroq şirniyyatınıza qoz fərqli dad verıəcək..



Qozlu Piroq