
Ərzaqlar
- 250 qram peçenye (şokoladlı)
- 175 qram kərə yağı
- 120 qram qovrulmuş fındıq
- 250 qram südlü şokolad
- 1/3 su stəkanı 33%-li qaymaq
- ¼ su stəkanı şəkər
- 400 qram qatılaşdırılmış süd
Hazırlanması
- Yağı ev temperaturuda yuşaldın.
- Peçenyeləri blendrlə əzin və yumşalmış yağı əlavə edin.
- Soba qabı 19 sm ölçüdən böyük olmasın. Soba qabına qida kağızını elə qoyun ki, qabın yanlarını 3 sm hündürlüyündə əhatə etsin. Xəmiri qaba tökün və çəngəl ilə hamarlayın. 15 dəqiqə soyuducuda qalsın.
- Bir dərin qaba qatılaşdırılmış südü tökün və üzərinə 50 qram yağ və şəkər əlavə edin.
- 10-15 dəqiqə aşağı odda qatışdıra-qatışdıra qovurun ki, qızılı rəng alsın.
- Fındığı peçenyenin üstünə səpin və üzərinə karamelli qarışığı tökün.
- Mikrodalğalı soba qabına qaymaq və şokoladı qoyun və 30 dəqiqə yüksək temperaturda əridin. Bu qarışığı da karamelli qarışığın üstünə tökün və ən azı 3 saat soyuducuya qoyun.
Nuş olsun!
Qozlu-şokoladlı karamelli pirojna hər kəsi təəccübləndirəcək şirniyyat növündən biridir.
Qozlu-Şokoladli Karamelli Pirojna
Hiç yorum yok:
Yorum Gönder