
Ərzaqlar
- 120 qram süd
- 60 qram kərə yağı
- 3 yumurta
- 165 qram şəkər
- 165 qram un
- 1 paket qabartma tozu
- 1 paket vanil
Hazırlanması
- Una qabartma tozu və vanil qatın.
- Bir qab götürün və südü, kərə yağını aşağı odda yağ əriyənədək qarışdırın.
- Yumurtanı şəkərlə mikserlə çalın. Bu məhlulları bir birinə qatıb qarışdırın.
- Əvvəlcədən 180 dərəcə isidilmiş sobada 22 sm ölçülü soba qabında 30 dəqiqə bişirin.
- İstəyə uyğun krem üzərinə çəkə bilərsiniz
Nuş olsun!
Südlü biskvit çox yüngül və dadlı piroqdur.
Südlü Biskvit
Hiç yorum yok:
Yorum Gönder