27 Eylül 2017 Çarşamba

Qara Gavalılı Karamelli Sırnik

Ərzaqlar


  • 1,3 su stəkanı un

     


  • 120 qram kərə yağı

     


  • 2 xörək q. xama

     


  • 2 xörək q. kakao

     


  • 2 xörək q. şəkər

     


  • 1 paket qabartma tozu

     


  • 400 qram kəsmik

     


  • 180 qram bişmiş süd

     


  • 2 xörək q. nişasta

     


  • 2 yumurta

     


  • 150 qram qara gavalı


Hazırlanması


  1. Qara gavalını 15 dəqiqə suda isladın.

  2. Yumşalmış yağı, kakaonu, şəkər və xamanı bir qabda qarışdırın.

  3. Una qabartma tozu və vanel qatın və yağa əlavə edib xəmir yoğurun.

  4. Xəımirin 1/3 hissəsini soyuducuya qoyun.

  5. Qalan xəmiri 18-20 sm diametrli yumru formada yanı hündür soba qabına yanlarını da tutumaq şərti ilə yerləşdirin.

  6. İçlik üçün kəsmik, bişmiş süd, nişasta, yumurtanı mikserlə çalın.

  7. Formaya xəmirin üstünə qara gavalıları yığın.

  8. Üstünə kremi tökün.

  9. Qalan xəmiri sürtgəcin iri gözündən keçirdib için üstünə səpin.

  10. Əvvəlcədən isidilmiş 180 dərəcə sobada 35 dəqiqə bişirin.

  11. Soyuduqdan sonra üstünü istəyə uyğun olaraq bəzəyə bilərsiniz.



Nuş olsun!


Qara gavalılı karamelli sırnik qonaqlarınızı təəccübləndirəcək şirniyyatlardan biridir.



Qara Gavalılı Karamelli Sırnik

20 Eylül 2017 Çarşamba

Qozlu-Şokoladli Karamelli Pirojna

Ərzaqlar


  • 250 qram peçenye (şokoladlı)

  • 175 qram kərə yağı

  • 120 qram qovrulmuş fındıq

  • 250 qram südlü şokolad

  • 1/3 su stəkanı 33%-li qaymaq

  • ¼ su stəkanı şəkər

  • 400 qram qatılaşdırılmış süd


Hazırlanması


  1. Yağı ev temperaturuda yuşaldın.

  2. Peçenyeləri blendrlə əzin və yumşalmış yağı əlavə edin.

  3. Soba qabı 19 sm ölçüdən böyük olmasın. Soba qabına qida kağızını elə qoyun ki, qabın yanlarını 3 sm hündürlüyündə əhatə etsin. Xəmiri qaba tökün və çəngəl ilə hamarlayın. 15 dəqiqə soyuducuda qalsın.

  4. Bir dərin qaba qatılaşdırılmış südü tökün və üzərinə 50 qram yağ və şəkər əlavə edin.

  5. 10-15 dəqiqə aşağı odda qatışdıra-qatışdıra qovurun ki, qızılı rəng alsın.

  6. Fındığı peçenyenin üstünə səpin və üzərinə karamelli qarışığı tökün.

  7. Mikrodalğalı soba qabına qaymaq və şokoladı qoyun və 30 dəqiqə yüksək temperaturda əridin. Bu qarışığı da karamelli qarışığın üstünə tökün və ən azı 3 saat soyuducuya qoyun.



Nuş olsun!


Qozlu-şokoladlı karamelli pirojna hər kəsi təəccübləndirəcək şirniyyat növündən biridir.



Qozlu-Şokoladli Karamelli Pirojna

13 Eylül 2017 Çarşamba

Südlü Biskvit

Ərzaqlar


  • 120 qram süd

  • 60 qram kərə yağı

  • 3 yumurta

  • 165 qram şəkər

  • 165 qram un

  • 1 paket qabartma tozu

  • 1 paket vanil


Hazırlanması


  1. Una qabartma tozu və vanil qatın.

  2. Bir qab götürün və südü, kərə yağını aşağı odda yağ əriyənədək qarışdırın.

  3. Yumurtanı şəkərlə mikserlə çalın. Bu məhlulları bir birinə qatıb qarışdırın.

  4. Əvvəlcədən 180 dərəcə isidilmiş sobada 22 sm ölçülü soba qabında 30 dəqiqə bişirin.

  5. İstəyə uyğun  krem üzərinə çəkə bilərsiniz



Nuş olsun!


Südlü biskvit çox yüngül və dadlı piroqdur.



Südlü Biskvit