28 Temmuz 2017 Cuma

Şokaladlı Tort “Cunqlya”

Ingredients


  • 3 yumurta

     


  • 150 qram şəkər

     


  • 100 qram un

     


  • 100 qram tünd şokolad

     


  • 50 qram kərə yağı

     


  • 1 paket qabartma tozu

    Qlazur


     


  • 200 qram xama

     


  • 50 qram kərə yağı

     


  • 200 qram şokolad

     


  • 100 qram qovrulmuş fındıq


Hazırlanması


  1. Su vannsında 50 qram şokolad ilə kərə yağını əridin.

  2. Ayrı qabda yumurta və şəkəri mikserlə ağaranadək çalın.

  3. Üzərinə soyumuş şokoladı tökün.

  4. Qabartma tozu və vanellə qarışdırılmış unu qarığışa əlavə edin və qaşıqla qarışdırın.

  5. 28 sm ölçülü tart qabını yağlayın və xəmiri əlavə edin.

  6. Sobanı əvvəlcədən 180 dərəcə qızdırın. 30 dəqiqə sobada bişirin.

  7. Bir az soyuduqdan sonra qabdan şıxardın.

  8. Qlazuru hazırlamaq üçün xama yağ və şokoladı bir qaba töküb qazda az temperaturda qatılaşana qədər qarışdırın.

  9. Azca soyuduqdan sonra xəmirin stünə töküb hamarlayır.

  10. 3 saat soyuducuda saxlayın.

  11. Serviz edərkən xırda-xırda doğranmış fındığı kənarlarına  səpin.



Nuş Olsun!


Şokaladlı tort “Cunqlya” şokolad sevənlər üçün əsl yerinə düşəcək.



Şokaladlı Tort “Cunqlya”

24 Temmuz 2017 Pazartesi

TEZ HAZIRLANAN MEYVƏLİ PİROQ

Ərzaqlar


  • 2 su bardağı un 

  • 1 su bardağı şəkər 

  • 2 ədəd yumurta 

  • 200 qram xama 

  • 100 qram marqarin yağı 

  • 1 paket qabartma tozu 

  • 1 paket vanil 

  • 200 qram albalı və moruq meyvəsi 

  • 50 qram şəkər kirşanı


Directions


  1. Yağı öncədən otaq temperaturunda  yumşaldın.

  2. Mikserlə, yağı yumurtanı və xamanı çalın.

  3. Unla şəkər,  qabartma və vanili qarışdırın və yağlı qarışığa  əlavə edin. Xəmiriniz hazırdır.

  4. Sobanı əvvəlcədən 180 dərəcə qızdırın. Yağlanmış soba qabına xəmirin yarısını əlavə edin.

  5. Albalı meyvəsinin tumların çıxardın və moruqa  birlikdə xəmirin ustunə əlavə edin.

  6. Qalan xəmiri də meyvələrin üstünə töküb hamarlayın və sobada 30-40 dəqiqə bişirin. Soyuduqdan sonra istədiyiniz formada doğrayın.

  7. Üzərinə şəkər kirşanı səpin.



Nuş olsun!



TEZ HAZIRLANAN MEYVƏLİ PİROQ