27 Mart 2016 Pazar

Gül Pirojnası

Ərzaqlar


  • 3 yumurtanın sarısı

  • 200 ml xama

  • 200 q kərə yağı

  • 1 çimdik duz

  • 300-350 q un
    iç: 

  • 3 yumurtanın ağı

  • 0.5-1 st. şəkər tozu

  • vanil



Hazırlanması


  1. Yumurtaların ağını sarısından ayırın.

  2. Yumurta sarısına duz, xama, kərə yağı əlavə edib qarışdırın.

  3. Un qatıb xəmir yoğurun. Kündələyin, qida plyonkasına büküb soyuducuda 1-2 saat saxlayın.

  4. Bu müddət keçəndən sonra sobanı qızdırın, içi hazırlayın.

  5. Yumurta ağlarını şəkər tozunu tədricən əlavə etməklə möhkəm çalın. Vanil əlavə edib yenə çalın.

  6. Xəmiri iki yerə bölün. Hər ikisini nazik yayın.

  7. Üzərinə iç çəkin. Nazik rulet kimi bükün.

  8. İçin artığını ehtiyatla götürün.

  9. Ruleti iti bıçaqla sürətlə barmaq qalınlıqda doğrayın ki, iç dağılmasın.

  10. Sonra perqament döşənmiş siniyə düzüb əlinizlə düzəldin.

  11. 200 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.




Gül Pirojnası

Fındıqlı və şokoladlı şarlar

Ərzaqlar


  • yarım stəkan tumu çıxarılmış xurma

  • 3 x/q kakao

  • 3/4 stəkan fındıq ləpələri

  • 6 ədəd əncir qurusu (yarım stəkan)

  • 1 ç/q vanil

  • 1 ç/q kokos yağı

  • yaymaq üçün əlavə olaraq kakao



Hazırlanması


  1. Hazırlanması iki etapdan ibarət və çox sadə olan bu fındıqlı, şokoladlı şarlar – dadlı olmaqla birgə süfrələrinizə bəzək gətirəcək

  2.  İlk 6 inqredientlər (xurma, kakao, findıq ləpələri, əncir qurusu, vanil, kokos yağı) mətbəx kombaynından keçirilir.

  3. Fındıq ləpələri tam əzilmiş şəkilə gəldikdə, iki əllə alınmış kütlədən balaca kündələr hazırlanır.

  4. Digər boşqaba kakao əlavə edilir və hər kündə hər tərəfli kakao ilə örtülür.

  5. Qapalı, hava çəkməyən qaba yığılaraq bir həftə sərin yerdə saxlanılır (lakin çətin ki onları yemədən bir həftə saxlaya biləsiniz)




Fındıqlı və şokoladlı şarlar