
Ərzaqlar
- 250 qram yubileyni peçenye
- 165 qram kərə yağı
- 33%-li qaymaq
- ½ xörək q. jelatin
- 750 qram maskarponi pendiri
- 200 qram qəhvəyi şəkər
- 1 banka qaynadılmış süd
- Bəzək üçün
- Badam
Hazırlanması
- 20 sm ölçülü soba qabı götürün və qida kağızı qoyun.
- Peçenyeni blendrlə xırdalayın və 125 qram əridilmiş yağ əlavə edib qarışdırın.
- Soba qabına elə əlavə edin ki, qabın yanlarını da örtsün. 30 dəqiqə soyuducuda saxlayın.
- Jelatiin suda isladın ki şişsin və qaymaqla qarışdırın.
- Üzərinə 155 qram şəkər əlavə edin və çalın.
- Başqa bir qabda qaynadılmış südlə 45 qram şəkər və 40 qram yağı qarışdırın və aşağı odda qaynayanadək 5 dəqiqə qarışdırın.
- Maskarponi pendirini də bu qarışığa qatın və qaymaqla birləşdirin.
- Alınmış kremi peçenyenin üzərinə tökün və 4 saat soyuducuda saxlayın. Üzərinə badamı xırdalayın və səpin.
Nuş Olsun!
Karamelli çizkeyk fərqli görünüş və dada üstünlük verənlər üçündür.
Karamelli Çizkeyk
Hiç yorum yok:
Yorum Gönder