27 Aralık 2017 Çarşamba

Karamelli Tort

Ərzaqlar


  • 1 yumurta

  • 2 xörək q. şəkər

  • 2 xörək q. un

  • 500 qram 33%-li qaymaq

  • 300 qram bişmiş qatılaşdırılmış süd

  • 10 qram jelatin

  • 1 paket vanil


Hazırlanması


  1. Yumurtanı şəkərlə mikserlə çalın. Vanili unla qarışdırın və yumurtaya əlavə edib qaşıqla qarışdırın.

  2.  Əvvəlcədən sobanı 180 dərəcə qızdırın.

  3. Ölçüsü 20 sm olan soba qabına qida kağızı qoyun və biskviti 15 dəqiqə bişirin.

  4. Krem hazırlamaq üçün qaymaqla bişmiş südü qarışdırın və aşağı odda süd həll olanadək qarışdırın. Jelatini də paketin üstündə yazılmış qaydada suda isladın və qaynamaq istəyənə qədər aşağı odda qarışdırın. Ancaq qaynamamalıdır. Kremə əlavə edin. Krem soyuduqdan sonra mikserlə çalın.

  5. Biskviti qabdan çıxartmadan üzərinə kremi tökün. 1 neçə saat soyuducuda saxlayın.

  6. Servis edərkən öz zövqünüzə görə bəzəyə bilərsiniz.



Nuş Olsun!


Karamelli  tort fərqli dadı ilə sizi təəccübləndirəcək.



Karamelli Tort

20 Aralık 2017 Çarşamba

Karamelli Çizkeyk

Ərzaqlar


  • 250 qram yubileyni peçenye

     


  • 165 qram kərə yağı

     


  • 33%-li qaymaq

     


  • ½ xörək q. jelatin

     


  • 750 qram maskarponi pendiri

     


  • 200 qram qəhvəyi şəkər

     


  • 1 banka qaynadılmış süd

     


  • Bəzək üçün

     


  • Badam


Hazırlanması


  1. 20 sm ölçülü soba qabı götürün və qida kağızı qoyun.

  2. Peçenyeni blendrlə xırdalayın və 125 qram əridilmiş yağ əlavə edib qarışdırın.

  3. Soba qabına elə əlavə edin ki, qabın yanlarını da örtsün. 30 dəqiqə soyuducuda saxlayın.

  4. Jelatiin suda isladın ki şişsin və qaymaqla qarışdırın.

  5. Üzərinə 155 qram şəkər əlavə edin və çalın.

  6. Başqa bir qabda qaynadılmış südlə 45 qram şəkər və 40 qram yağı qarışdırın və  aşağı odda qaynayanadək 5 dəqiqə qarışdırın.

  7. Maskarponi pendirini də bu qarışığa qatın və qaymaqla birləşdirin.

  8. Alınmış kremi peçenyenin üzərinə tökün və 4 saat soyuducuda saxlayın. Üzərinə badamı xırdalayın və səpin.



Nuş Olsun!


Karamelli çizkeyk fərqli görünüş və dada üstünlük verənlər üçündür.



Karamelli Çizkeyk

17 Aralık 2017 Pazar

Katalonski Konfeti

Ərzaqlar


  • 100 qram ağ şokolad

  •  20 qram kərə yağı

  • 100 qram fındıq

  • 50 qram şəkər

  • 70 qram qara şokolad


Hazırlanması


  1. Qozu əvvəlcə tavada aşağı odda bir az qovurun. Sonra blendrlə xırdalayın.

  2. Şəkəri də tavada odda azca qovurun və üzərinə qozu əlavə edib qarışdırın və kənara soyumağa qoyun.

  3. Yenidən bu alınmış kütləni blendrlə xırdalayın.

  4. Ağ şokoladı kərə yağı ilə su vannasında əridin.

  5. Qozlu kütləni ağ şokolada qatıb yaxşı qarışdırın.

  6. Əllə kürə formasında şariklər hazırlayın.

  7. Içinə mütləq qoz qoyun. 10 dəqiqə buz dolabında saxlayın.Qara şokoladı su vannasında əridin və şokoladda fırladın. 15 dəqiqə soyuducuda saxlayın. Üstünü zövqə uyğun bəzəyə bilərsiniz.



Nuş Olsun!


Katalonski konfeti şokolad sevənlər üçün əla seçimdir.



Katalonski Konfeti

13 Aralık 2017 Çarşamba

Katalonski Konfeti

Ərzaqlar


  • 100 qram ağ şokolad

  •  20 qram kərə yağı

  • 100 qram fındıq

  • 50 qram şəkər

  • 70 qram qara şokolad


Hazırlanması


  1. Qozu əvvəlcə tavada aşağı odda bir az qovurun. Sonra blendrlə xırdalayın.

  2. Şəkəri də tavada odda azca qovurun və üzərinə qozu əlavə edib qarışdırın və kənara soyumağa qoyun.

  3. Yenidən bu alınmış kütləni blendrlə xırdalayın.

  4. Ağ şokoladı kərə yağı ilə su vannasında əridin.

  5. Qozlu kütləni ağ şokolada qatıb yaxşı qarışdırın.

  6. Əllə kürə formasında şariklər hazırlayın.

  7. Içinə mütləq qoz qoyun. 10 dəqiqə buz dolabında saxlayın.Qara şokoladı su vannasında əridin və şokoladda fırladın. 15 dəqiqə soyuducuda saxlayın. Üstünü zövqə uyğun bəzəyə bilərsiniz.



Nuş Olsun!


Katalonski konfeti şokolad sevənlər üçün əla seçimdir.



Katalonski Konfeti

6 Aralık 2017 Çarşamba

Kəsmikli-Bananlı Blamanje

Ərzaqlar


  • 350 qram kəsmik 

  • 100 qram süd 

  • 150 qram xama 

  • 50 qram şəkər 

  • 15 qram jelatin 

  • 2 ədəd banan


Hazırlanması


  1. Jelatini 50 qram süddə isladıb 15-20 dəqiqə şişməyini gözləyin.

  2. Kəsmiyi blendrlə çalın.

  3. Xama və şəkər əlavə edin və yaxşı qarışdırın.

  4. Qalan südü istiədin və jelatinə qatıb qarışdırın.

  5. jelatini kəsmikli qarışığa qatıb qarışdırın.

  6. Bananı qabıqdan təmizləyin və xırda formada doğrayib qarışığa qatın.

  7. Keks formalı selikon qablara doldurun və 3-4 saat soyuducuda saxlayın.



Nuş Olsun!


Kəsmikli-bananlı blamanje gözlənilməyən qonaqları sevindirəcək şirniyyatdır.



Kəsmikli-Bananlı Blamanje