29 Kasım 2017 Çarşamba

Kəsmikli-Moruqlu Piroq

Ərzaqlar


  • 100 qram kərə yağı 

  • 1 yumurta 

  • 50 qram şəkər 

  • 220 qram un 

  • 1 paket qabartma tozu 

  • İçlik 

  • 400 qram kəsmik 

  • 100 qram xama 

  • 80 qram şəkər 

  • 1 paket vanil 

  • 20 qram nişasta 

  • 2 yumurta 

  • 250 qram moruq


Hazırlanması


  1. xəmiri hazırlamaq üçün yağı, şəkəri və unu blenderlə çalırıq. Sonra yumurta və qabartmanı əlavə edib xəmiri hazırlyıyıq.

  2. 21 sm ölçülü soba qabına qida kağızı qoyun və xəmiri əllə qaba elə yerləşdirin ki, qabın divarları da bağlansın. Xəmiri bir neçə tərəfdən çəngəl ilə deşin və soyuducuya qoyun.

  3. İçliyi hazırlamaq üçün kəsmik, vanil, nişasta və xamanı blendrlə çalın. Yumurta ilə şəkəri ayrı qabda mikserlə çalın və kəsmiyli qarışığa əlavə edin.

  4. Moruqları əvvəlcədən yuyun və içliyə əlavə edin.

  5. Xəmiri soyuducudan götürün və hazırladığınız içliyi ora əlavə edin.

  6. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 50-60 dəqiqə bişirin.



Nuş Olsun!



Kəsmikli-Moruqlu Piroq

Hiç yorum yok:

Yorum Gönder