29 Kasım 2017 Çarşamba

Kəsmikli-Moruqlu Piroq

Ərzaqlar


  • 100 qram kərə yağı 

  • 1 yumurta 

  • 50 qram şəkər 

  • 220 qram un 

  • 1 paket qabartma tozu 

  • İçlik 

  • 400 qram kəsmik 

  • 100 qram xama 

  • 80 qram şəkər 

  • 1 paket vanil 

  • 20 qram nişasta 

  • 2 yumurta 

  • 250 qram moruq


Hazırlanması


  1. xəmiri hazırlamaq üçün yağı, şəkəri və unu blenderlə çalırıq. Sonra yumurta və qabartmanı əlavə edib xəmiri hazırlyıyıq.

  2. 21 sm ölçülü soba qabına qida kağızı qoyun və xəmiri əllə qaba elə yerləşdirin ki, qabın divarları da bağlansın. Xəmiri bir neçə tərəfdən çəngəl ilə deşin və soyuducuya qoyun.

  3. İçliyi hazırlamaq üçün kəsmik, vanil, nişasta və xamanı blendrlə çalın. Yumurta ilə şəkəri ayrı qabda mikserlə çalın və kəsmiyli qarışığa əlavə edin.

  4. Moruqları əvvəlcədən yuyun və içliyə əlavə edin.

  5. Xəmiri soyuducudan götürün və hazırladığınız içliyi ora əlavə edin.

  6. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 50-60 dəqiqə bişirin.



Nuş Olsun!



Kəsmikli-Moruqlu Piroq

25 Kasım 2017 Cumartesi

Kəsmikli Ananasli Tort

Ərzaqlar


  • 5 yumurta

  • 1 su stəkanı şəkər

  • 1 su stəkanı un

  • 1 limon qabığı

  • 300 qram maskarponi pendiri

  • 20-30%-li 250 qram qaymaq

  • 20 qram jelatin

  • 130 qram su

  • 5 xörək q. şəkər tozu

  • 1 banka konservləşdirilmiş ananas


Hazırlanması


  1. Yumurtanın ağını şəkərlə mikserlə bize forması alanadək çalın.

  2. Üzərinə yumurta sarısı əlavə edin.

  3. Limon qabığını sürtgəcdən keçirib əlavə edin.

  4. Unu əlavə edin və bir istiqamətdə qarışdıırn.

  5. 24 sm ölçülü soba qabına tökün.

  6. Əvvəlcədən 180 dərəcə isidilmiş sobada 25-30 dəqiqə bişirin.

  7. Biskvit hazır olduqda soyuduqdan sonra onu 2 hissəyə bölün.

  8. Jelatini suda isladın.

  9. qaymaqdan 3 xörək q. kənara qoyun. Maskarponini qaymaq və şəkərlə çalın. Helatini su vannasında əridin və ananas meyvəsi ilə birlikdə qarışığa əlavə edin.

  10. Tortu yanları hündür qabda hazırlayın. Soba qabında da hazırlamaq olar. Biskvitin 1-ci korjunun üzərinə kremi tökün. Üzərinə ikinci biskviti qoyun.

  11. Kənara qoyduğunuz qaymaqla xırdalanmış şokoladı bir qabda aşağı odda əridin. Alınmış qlazuru tortun üzərinə tökün.



Nuş Olsun!


Kəsmikli ananasli tort fərqli dadı ilə sizi təəccübləndirəcək.



Kəsmikli Ananasli Tort

15 Kasım 2017 Çarşamba

Kəsmikli Piroq “Zebra”

Ərzaqlar


  • 400 qram marqarin 

  • 5 yumurta 

  • 300 qram şəkər 

  • 350 qram un 

  • 50 qram kakao 

  • 10 qram qabartma tozu 

  • 500-600 qram kəsmik 

  • 1,5 xörək q. nişasta1 paket vanil


Hazırlanması


  1. Xəmiri hazırlamaq üçün 200 qram marqarini 1 yumurta 150 qram şəkərlə mikserlə çalın. 350 qram unla qaratmanı qarışdırın və xəmirə əlavə edin. Xəmiri iki baalca və böyük olmaqla 2 hissəyə bölün. Böyük hissəsinə kakao qatın.

  2. İçliyi hazırlamaq üçün 500 qram kəsmiklə 4 yumurtanı, 200 qram marqarini, nişastanı  və 150 qram şəkəri mikserlə çalın.

  3. Hazrıladığımız ağ və qara xəmirdən barmaq qalınlığında lent formasında hissələr hazırlayın və ağ qara ardıcıllığı ilə yağlanmış soba qabına düzün. Üzərinə içliyi tökün.

  1. İçliyin üstündən yenidən ancaq qara xəmirdən lent formasında hissələr hazırlayıb düzün.

  2. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 1 saat bişirin.



Nuş Olsun!


Kəsmikli piroq “Zebra” asan hazırlanna lakin çox dadlı piroqdur.



Kəsmikli Piroq “Zebra”

8 Kasım 2017 Çarşamba

Köklü Çovdar Unlu Peçenye

Ərzaqlar



  • 350 qram süd

  • 150 qram şəkər

  • 1 xörək q. vanil

  • 50 qram xama

  • 150 qram kərə yağı

  • 170 qram çovdar unu

  • 80 qram qoz

  • 2 xörək q. kakao

  • 1 çay q. darçın

  • 1 çay q. mixək

Directions


  1. Kökü qabıqıdan təmizləyin və sürtgəcdən keçirin.

  2. Üzərinə vanil, xama və kərə yağı əlavə edin.

  3. Qozu xırdalayın

  4. Üzərinə çovdar unu, kakao və ədviyyatları qatıb qarışdırın.

  5. Kökü əlavə edib qarışdırın. Sıyıq xəmir alınmalıdır.

  6. Soba qabına qida kağızı qoyun. Çay qaşığı ilə soba qabına kiçik formalarda qoyub əvvəlcədən isidilmiş 180 dərəcə sobada 30 dəqiqə bişirin.

  7. Soyuduqdan sonra üzərinə şəkər pudrası səpə bilərsiniz.



Nuş Olsun!


Köklü çovdar unlu peçenye çovdar unu ilə hazırlanan fərqlilik sevənlər üçün dadlı   şirniyyatlardan biridir.



Köklü Çovdar Unlu Peçenye

1 Kasım 2017 Çarşamba

Moruqlu-Şokoladli Desert

Ərzaqlar


  • 2 yumurtanın ağı

  • 0,5 su stəkanı şəkər

  • 30 qram tünd şokolad

  • 100 qram moruq


Hazırlanması


  1. Yumurtanın ağını mikserlə şişənəcən çalın.

  2. Şəkəri hissə-hissə yumurtanın ağına əlavə edin və mikserlə şalmağa dvam edin.

  3. şokoladı sürtgəcdən keçirin və bizeyə əlavə edin.

  4. Balaca porsion qablara bu deserti yığın və mikrodalğalı sobada 30 dəqiqə bişirin.

  5. Moruğu da blendrlə bir kütlə olanadək çalın.

  6. Sobadan desertləri götürün və soyuduqdan sonra başıaşağı nimçəyə boşaldın. Üzərinə moruq şirəsini tökün.



Nuş Olsun!


Moruqlu-şokoladlı desert həm tez hazırlanan, həm də çox dadlı şirniyyatdır.



Moruqlu-Şokoladli Desert