10 Ocak 2018 Çarşamba

Kəsmik Sufleli Pirojna

Ərzaqlar


  • 350 qram un 

  • 3 xörək q. xama 

  • 200 qram kərə yağı 

  • 250 qram şəkər 

  • 1 paket vanil 

  • 2 yumurta 

  • 1,5 xörək q. bal 

  • 500 qram kəsmik 

  • 2 xörək q. nişasta 

  • 1 paket vanil 

  • Bəzək üçün 

  • 100 qram qara şokolad


Hazırlanması


  1. 100 qram yağı 1 yumurta, bal və 100 qram şəkər və xamanı qarışdırın.

  2. Qabartmanı una qatın və qarışığa əlavə edin.

  3. Xəmir hazır olduqda 40 dəqiqə soyuducuda saxlayın.

  4. Xəmiri 3 hissəyə bölün.

  5. Soba qabına qida kağızı qoyun. əlinizi yaş edin və xəmiri əllə qaba yerləşdirin.

  6. Əvvəlcədən 180 dərəcə isidilmiş sobada növbə ilə 3 korjinda bişirin.

  7. 100 qram kərə yağı 150 qram şəkər və 1 yumurtanı qarışdırın və su vannasında bərkiyənədək bişirin. Bişdikdən sonra kəsmiiy əlavə edin.

  8. İsti halda korjlara çəkin və bir birinin üstünə qoyun.

  9. Ən üst qata kənarlarından çıxan ovuntu səpə bilərsiniz.

  10. Dogradıqdan sonra hər birinin üzərinə qoz ləpəsi və ya şokolad kusokları qoymaq olar.



Nuş Olsun!


Kəsmik sufleli pirojna həm tort, həm də şirniyyat sevənlər üçün əla seçimdir.



Kəsmik Sufleli Pirojna

3 Ocak 2018 Çarşamba

Kəsmikli Bananli Tort

Ərzaqlar


  • 4 yumurta 

  • 350 qram şəkər 

  • 180 qram un 

  • 5 xörək q. kakao tozu 

  • 1 paket qabartma tozu 

  • 4 xörək q. qaynar su 

  • 250 qram kəsmik 

  • 15 qram jelatin 

  • 500 qram 33 %-li qaymaq 

  • 4 ədəa banan 

  • 100 qram tünd şokolad


Hazırlanması


  1. Biskviti hazırlamaq üçün 4 yumurta sarısını 4 xörək qaşığı qaynar su ilə çalın.

  2. Hissə-hissə 180 qram şəkər əlavə edin.

  3. Yumurtanın ağını ayrı qabda mikserlə bərk hal alanadək çalın və yumurtanın sarısına əlavə edin.

  4. Qabartma və kakaonu una qatın və yumurtanın üstünə əlavə edib taxta qaşıq ilə qarışdırın.

  5. 26 sm ölçülü dairə formasında soba qabına qida kağızı qoyun. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

  6. Biskvit soyuduqdan sonra kənarları qalmaq şərti ilə içini quyu formasında ovun içindən çıxan biskviti bir qaba qoyun.

  7. Kremi hazırlamaq üçün üzərinə ¼ su stəkanı su tökün.

  8. Bir bananı blendrlə əzin, üzərinə 160 qram şəkər, kəmik əlavə edin.

  9. Qaymağı ayrı qabda mikserlə çalın.

  10. Qaymağı bananlı qarışığa əlavə edib üzərinə şişmiş jelatini tökün. Krem hazırdır.

  11. 2 xörək q. şəkərdən şərbət bişirin və biskvitin içinə tökün ki, biskvit islansın.

  12. 3 bananı bütöv şəkildə xəmirin içinə qoyun.

  13. Üzərinə hazırladığınız kremi dağ formasında tökün. İçindəm ovduğunuz biskviti əllə ovub kremin üstünə səpin. Bir neçə saat soyuducuda qaldıqdan sonra servis edə bilərsiniz.



Nuş Olsun!


Şirniyyatınıza həm banan  həm də şokolad fərqli dad verıəcək.



Kəsmikli Bananli Tort