30 Haziran 2015 Salı

Ciyər Kotleti

Ərzaqlar


  • 500 q toyuq ciyəri

  • 1 baş soğan

  • 1-2 diş sarımsaq

  • 1 yumurta

  • 5 x.q. manna yarması

  • duz, istiot

  • bitki yağı (qızartmaq üçün)


Hazırlanması


  1. Qaraciyəri, soğanı, sarımsağı kombaynda eynicinsli kütlə alınanadək xırdalayın, yaxud ət maşınında çəkin.

  2. Duz, istiot, yumurta vurun, qarışdırın.

  3. Manna əlavə edib qarışdırın, 30-40 dəqiqə saxlayın.

  4. Qızdırılmış tavada 1 x.q. olmaqla yağa salaraq hər iki üzünü qızardın.



Hakkında:  Bişirilməsi asan və çox ləzzətli yeməklərdən sayılır.Nuş olsun!



Ciyər Kotleti

29 Haziran 2015 Pazartesi

Ət Qovurması

Ərzaqlar


  • Dana əti – 3 kq.

  • Quyruq yağı – 250 qr.

  • Duru yağ – 1 stəkan

  • Duz

    Bəzədilməsi üçün:


  • Xiyar turşusu

  • Acı bibər turşusu

  • Kəklikotu


Hazırlanması


  1. Dana əti quş başından bir az daha böyük formada doğranır.

  2. Ət yağla birlikdə tavada yumşalana kimi bişirilir (öz suyunda bişməsi məsləhətdir).

  3. Quyruq yağı ayrı bir tavada əridilir.

  4. Qovurmanın bişməsinə bir neçə dəqiqə qalmış duz və ərimiş quyruq yağı əlavə olunur.

  5. Bişdikdən üzərinə kəklikotu gəzdirilir.

  6. Xiyar və acı bibər turşusu ilə bəzədilir. Qovurmanız hazırdır!



Hakkında:  Bişirilməsi asan və çox ləzzətli yeməklərdən sayılır. Nuş olsun!



Ət Qovurması

28 Haziran 2015 Pazar

Dəniz Ulduzu

Ərzaqlar


  • 1 litr süd

  • 2 qəhvə fincanı un

  • 100 qr marqarin

  • 3 qəhvə fincanı şəkər

  • 2 dənə damla saqqızı

    Şokolad sousu üçün:


  • 3 şorba qaşığı kakao

  • 6 şorba qaşığı toz şəkər

  • 1 su stəkanı süd


Hazırlanması


  1. Marqarindən başqa bütün ərzaqları qarışdırıb tündləşənə qədər bişirin.

  2. Tündləşəndə içinə marqarini qatıb ocaqdan alın və mikserlə çırpın.

  3. İstədiyiniz şüşə və ya metal bir qab  istifadə edə bilərsiniz. (Şəkildəki qalıb Cola şüşəsinin alt qisimindən istifadə olunaraq hazırlanıb.

  4. Mikserlə çırptığımız qarışığın içini ıslattığımız kasalara qoyub bir gecə soyuducunda saxlayın.

  5. Daha sonra qoşqablara tərs çevirib üzərinə şokolad sousu tökərək süfrəyə təqdim edin.



Hakkında: Hazırlanması çox asan olan bu şirniyyatın dadını bəyənəcəyinizə əminik.



Dəniz Ulduzu

27 Haziran 2015 Cumartesi

Fıstıklı Pave

Ərzaqlar


  • 5 şorba qaşığı kərə yağı (otaq istiliyində yumuşaldılmış)

  • 1 su stəkanı şəkər

  • 2 böyük yumurta və bir yumurtanın sarısı daha

  • 1 yarım su stəkanı badam tozu

  • 2-3 ovuc qırıq duzsuz fıstıq

  • Pudra şəkəri


Hazırlanması


  1. İlk iş olaraq istifadə edəcəyiniz qəlibin dibini yaxşıca yağlıyırıq. Sonra bazası böyüklüyündə soba kağızı kəsib dibə yapışdırın. Üzərini təkrar yağlayın.

  2. Ən alta (əslində ən üst olacaq) fıstıq qırıntılarını yayaq.

  3. İstədiyiniz file badam da olar …

  4. Daha sonra mikserdə otaq istiliyindəki kərəyağını kremalaştıraq və şəkəri əlavə edək. Yumurta və badam tozunu təkrar 2-3 səfərdə yedirdin.

  5. Fıstıqları üzərinə spatula ilə yayaın, düzəldin, masaya bir neçə dəfə vuraraq içindəki havanı çıxarın.

  6. 140 dərəcədə təxminən 50-55 dəqiqə bişirək.

  7. Üstünün dekoru üçün soba kağıdından nazik zolaqlar kəsib keksin üzərinə yerləşdirib, pudra şəkəriylə bəzəyə bilərsiniz.



Hakkında: Hazırlanması çox asan olan bu şirniyyatın dadını bəyənəcəyinizə əminik.



Fıstıklı Pave

26 Haziran 2015 Cuma

Güllaç Tortu

Ərzaqlar


  • 8 Yarpaq güllaç

  • 8 Su stəkanı süd

  • 1,5 Su stəkanı şəkər

  • 3 Şorba qaşığı gül suyu

  • 1 Su stəkanı hindistan qozu

  • 1 Çay stəkanı pudra şəkəri

    İçi Üçün:


  • 6 Alma

  • 1 Çay stəkanı şəkər

  • 1 Çay qaşığı darçın

    Sousu Üçün:


  •  

    1 Paket çöl qarağatı


  • 3 Şorba qaşığı şəkər


Hazırlanması


  1. Qazanda südü ilıq olacaq qədər istilətdikdən sonra içinə 3-4 şorba qaşığı gül suyu əlavə edib qarışdırırıq.

  2. Almaları rəndələyib, şəkəri də əlavə edib qazanda bişiirirk sonra darçını içinə əlavə edib qarışdırırıq.

  3. Bir ədəd güllaç yarpağını bir neçə parçaya ayırıb süd ilə isladıb kasanın alt qisiminə bir az qoyuruq üzərinə almalı harçtan əlavə onun da üzərinə kokos və pudra şəkəri töküb digər parçaları da üzərinə əlavə edirik.

  4. Üzərinə bir çömçə daha süd tökdükdən sonra soyumağa buraxırıq ..

  5. Sousu üçün isə, çöl qarağatını 3 şorba qaşığı şəkər ilə öz suyu ilə qazanda bişiririk.

  6. Kasada kı güllaçları tərs çevirərək qaba qoyuruq.

  7. Bişən sousu üzərinə töküb süfrəyə təqdim edirik.  Nuş Olsun.



Hakkında: Hazırlanması çox asan olan bu şirniyyatın dadını bəyənəcəyinizə əminik.



Güllaç Tortu

Çiyələkli Manna yarması Tortu

Ərzaqlar


  • 9 şorba qaşığı manna yarması (90 qr)

  • 10 şorba qaşığı şəkər (150 gr)

  • 1 lt süd

  • 1 paket vanil

  • 25-30 dənə çiyələk

  • 1 ədəd hazır kakaolu keks


Hazırlanması


  1. Manna yarmasını, şəkəri və südü bir qazana qoyun və qarışdıraraq pudinq kimi bişirin. Bişdikdən sonra altını söndürün.

  2. Vanil əlavə edib, bir dəfə daha qarışdırın.

  3. Pundinqin yarısını orta boy bir qaba tökün.

  4. Tökmədən əvvəl, qabı bir az suyla isladın. Bu şəkildə qudinqi tərs çevirərkən yapışmasını önləyəcəyik.

  5. Üzərinə küp küp doğradığınız kakaolu keksi yayın.

  6. Keksin üstünü ortadan ikiyə və ya üçə bölərək dilimlədiyiniz çiyələklərlə örtün.

  7. Qalan pudinq ilə çiyələklərin üzərini örtün.

  8. İkram edəcəyiniz zaman, xidmət qabına tərs çevirin. Şirniyyatınızı çiyələk və kokos ilə bəzəyə bilərsiniz.



Hakkında: Hazırlanması çox asan olan bu şirniyyatın dadını bəyənəcəyinizə əminik.



Çiyələkli Manna yarması Tortu

25 Haziran 2015 Perşembe

Afyon Sarması

Ərzaqlar


  • 1 litr süd

  • 1 su stəkanı toz şəkər

  • 1 su stəkanı un

  • Yarım paket (125 gr) kərə yağı

  • Bir az damla saqqızı

  • 1 kiçik paket qaymaq


Hazırlanması


  1. Unu qazana qoyun, rəngini sarartmadan bir az qovurun.

  2. Digər ərzaqlar qarışdırıb, pudinq kimi bişirin. Pişince mikserlə çırpın.

  3. Balaca soba qabına kokos səpərək dibini bağlayın.

  4. Üzərinə, incə bir təbəqə pudinqi tökün.

  5. Pudinqin üzərinə, bir az südlə islatdığınız qaymağı tökün.

  6. Soyuducuda bir gün saxlayın.

  7. Ertəsi gün kvadrat kvadrat kəsərək, fotoşəkildəki kimi rulonlar hazırlayın.

  8. Üzərini yaşıl fıstıq ilə bəzəyin.



Hakkında: Hazırlanması çox asan olan bu şirniyyatın dadını bəyənəcəyinizə əminik.



Afyon Sarması

24 Haziran 2015 Çarşamba

Limon Pelteli

Ərzaqlar


  • 0.5  litr limonad

  • 1 qəhvəsi fincanı dolusu misir nişastası

  • 1 vanil pudinqi

  • 3.5 su stəkanı süd

  • Arasını və ya üzərini bəzəmək üçün: Damla şokolad, biskvit və ya keks qırıntıları.


Hazırlanması


  1. Bir qazanda limonad və qarğıdalı nişastasını bişirərək, jele konsistensiyasına gəlməsini təmin edin.

  2. Ayrı bir tərəfdə də, vanilli pudinqi süd ilə birlikdə bişirin.

  3. Qoymaq istədiyiniz qabları və ya stəkanları əvvəl isladın.

  4. Suyunu yaxşıca süzün.

  5. Pudinq qablarını tərs çevirib çıxaracaqsınızsa, üst tərəfdə hansı rəngin olmasını istəyirsinizsə onu alta qoyun.

  6. Məsələn şəkildəki kuplarda, alta limon peltesini qoymuşuq.

  7. İstədiyiniz arasına damla şokolad və ya un halına gətirdiyiniz kakaolu biskvitlər də qoya bilərsiniz.

  8. Üzərinə də pudinq əlavə edin.

  9. Bir gecə soyuducuda gözlətdikdən sonra tərs çevirib süfrəyə təqdim edə bilərsiniz.



Hakkında: Hazırlanması çox asan olan bu şirniyyatın dadını bəyənəcəyinizə əminik. Limonad yerinə istədiyiniz növ bir meyvə suyu ilə də jele hazırlaya bilərsiniz: Məsələn vişnə suyu, şaftalı suyu, hətta nar suyu …



Limon Pelteli

23 Haziran 2015 Salı

Frigo

Ərzaqlar


  • 1 litr süd

  • 1.5 su stəkanı şəkər

  • 2 şorba qaşığı qarğıdalı nişastası

     


  • 2-2.5 şorba qaşığı kakao

  • 2 şorba qaşığı un

  • 75 qram kərə yağı

  • 1 paket vanil

  • 80 qramlıq 1 paket südlü şokolad

  • Istəyə bağlı olaraq, üzərinə və ya içinə əlavə etmək üçün: 3 şorba qaşığı döyülmüş qoz-fındıq və ya qoz


Hazırlanması


  1. Qazana şəkər, nişasta, un, kakaonu əlavə edib bir az südlə əzərək qarışdırın.

  2. Ardından qalan südü də əlavə edib, pudinq kimi bişirin.

  3. Qaynamağa başlayınca altını söndürün.

  4. Içinə kərə yağı, vanil və şokoladı və ya istəsəniz qoz-fındıq da əlavə edib, qarışdıraraq yaxşıca əridin.

  5. 2 sm qalınlığında olacaq şəkildə düz qaba tökün.

  6. Yaxşıca soyuyunca buzluğa qoyun. Ən az 2 saat donsun.

  7. Yemədən 20 dəqiqə əvvəl buzluqdan çıxardıb bir az yumşaltmaq lazımdır, çünki çox sərt olur.

  8. İstəsəniz dilimləyərək qabda, istəsəniz də Alaska Frigo Buz kimi alüminium folyoya sarıb süfrəyə təqdim edəbilərsiniz.



Hakkında: Hazırlanması çox asan olan bu şirniyyatın dadını bəyənəcəyinizə əminik.



Frigo

22 Haziran 2015 Pazartesi

Südlü Şirniyyat

Ərzaqlar


  • 1 su stəkanından bir az çox süd

  • 3 yarım şorba qaşığı toz şəkər

     


  • 1 dolu şorba qaşığı düyü unu

  • 1 dolu şorba qaşığı buğda nişastası


Hazırlanması


  1. Bütün ərzaqları, balaca bir sous qazanında bişirin.

  2. Bir kasaya boşaldın, otaq temperaturunu alandan sonra, 1-2 saat soyuducuda soyudub, nuşcanlıqla yeyin.

  3. Əgər şokoladlı şirniyyat istəyərsənizsə, eyni vəsaitlərə bir dolu qaşıq kakao əlavə edin.



Hakkında: Hazırlanması çox asan olan bu şirniyyatın dadını bəyənəcəyinizə əminik.



Südlü Şirniyyat

16 Haziran 2015 Salı

Qazan Kababı

Ərzaqlar


  • 1,5 kq ət

  • 1 ç.q. duz

  • 1 acı istiot

  • 2 ç.q. zirə

     


  • 1 kq soğan

  • 100-150 q quyruq

  • 100 q keşniş-şüyüd

  • 2-3 çimdik qara istiot


Hazırlanması


  1. Əti tikələrə doğrayın. Duz, istiot, zirə vurun.

  2. Soğanı təmizləyib halqa və yaxud yarımhalqa doğrayın.

  3. Göyərtini yuyub-doğrayın. Quyruğu xırda doğrayın.

  4. Qızdırılmış qazanın dibinə düzün. Üstündən ət tikələrini döşəyin.

  5. Bir qat soğan döşəyib, üstünə göyərti səpin.

  6. Sonra yenə ət döşəyin və ərzaq bitincə layları təkrarlayın.

  7. Üstündən isə acı istiotu qoyun.

  8. Ətin üstünə qapaq, yaxud dəmir ləyəni kip qoyun.

  9. Əgər qapaq kifayət qədər ağır deyilsə və buxar onu qaldıra bilərsə, o zaman üstünə yük qoyun.

  10. Qazan kababını vam odda bişirin.

  11. Ət yağa düşüb qızarmağa başlayanda xüsusi səs çıxarır.

  12. Çalışın, həmin məqamı ötürməyəsiniz: bu zaman qapağı götürüb qarışdırmaq lazımdır.

  13. Sonra yenə qapağını örtüb daha 5-10 dəqiqə bişirin. Süfrəyə verərkən üstünə nar dənələyə bilərsiniz. Nuş olsun!



Hakkında:  Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır.



Qazan Kababı

10 Haziran 2015 Çarşamba

Sac İçi

Ərzaqlar


  • Qoyun içalatı (ağciyər, qaraciyər, ürək, böyrək) – 250 qram,

  • Baş soğan – 2 ədəd,

  • Quyruq yağı– 50 qram,

  • Duz – 1 çay qaşığı,

  • Üyüdülmüş qara istiot – ½ çay qaşığı,

  • nar dənələri – 30 qram,

  • Kartof – 2 ədəd,

  • Badımcan – 2 ədəd,

  • Şirin bibər – 1 ədəd,

  • Pomidor – 2 ədəd,

  • Nazik lavaş – 3-4 ədəd.


Hazırlanması


  1. Qoyun əti yuyulmalı, qurulanmalı, nazik pərdəsi təmizlənməli və kiçik tikələrə doğranmalıdır. Soğan təmizlənməli, yarımhalqa halında doğranmalıdır.

  2. Dərin tavada və ya qazanda quyruq yağı əridilməli, ət qoyulmalı, nazik qabıq əmələ gələnədək təxminən 5-7 dəqiqə güclü odda qızardılmalıdır. Alov azaldılmalı. soğan əlavə edilməli, duzlanmalı və istiot vurulmalıdır və hazır olanadək yenə də 20 dəqiqə qızardılmalıdır, sonra isə nar dənələri əlavə edilməlidir.

  3. Kartof və badımcanlar təmizlənməli, iri doğranmalıdır. Bibərlər yuyulmalı, toxumu və aralıqlar təmizlənməli, 8 hissəyə bölünməlidir. Pomidorlar yuyulmalı və dairəvi şəkildə doğranmalıdır.

  4. Qalan piy ayrıca tavada qızdırılmalı, hazır olanadək ayrı-ayrılıqda kartof, badımcanlar, bibər və pomidorlar qızardılmalıdır. Süfrəyə verilərkən ət sacın ortasına, tərəvəzlər kənarlarına düzülməli, lavaş 4 yerə bölünməli və sacın üzərinə qoyulmalıdır.



Hakkında:  Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır. Nuş olsun!



Sac İçi

8 Haziran 2015 Pazartesi

Buğlama

Ərzaqlar


  • Dana əti (çanaq-bud hissəsi) – 2 kq

  • Pomidor – 1,5 kq

  • Baş soğan – 600 qram

  • Bibər – 110 qram

  • Bolqar bibəri – 120 qram

  • Alça – 230 qram

  • Duz – 0,30 qram


Hazırlanması


  1. Bu yemək üçün ət 50-60 qramlıq tikələrə doğranır. Yuyulur və qurudulur.

  2. Tərəvəz yuyulur və təmizlənir, nazik halqalarla doğranır.

  3. Ət tikələri və tərəvəz qat-qat qazanın dibinə düzülür.

  4. Duz vurulur. 150 qram su əlavə edildikdən sonra qapağı örtülür və hazır olana qədər dəmdə bişirilir.



Hakkında:  Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır. Nuş olsun!



Buğlama

6 Haziran 2015 Cumartesi

Hinduşkalı Sarma

Ərzaqlar


  • Hinduşka filesi – 150-200 q.

  • Tomat pastası – 2 x. q

  • Soğan – 2 ədəd

  • Kartof – 4 ədəd

  • Pomidor – 2 ədəd

  • Bibər – 1 ədəd

  • Göyərti

  • Azərduz yodlu narın xörək duzu,istiot

    Üzəri üçün:


  • 4 ədəd hazır yuxa

  • 2 ədəd yumurta

  • Əridilmiş yağ

  • Xama


Hazırlanması


  1. Kartofları doğrayıb,yumşalana kimi bişiririk.

  2. Suyuna azca duz atırıq.

  3. Fileni də kartof kimi doğrayırıq, üstünə soğan və bibəri xırda-xırda doğrayıb əlavə edirik.

  4. Duzlayıb, istiotlayıb yağda yumşalana kimi qızardırıq.

  5. Xamayla yumurtanı qarışdırırıq.

     


  6. Lavaşların hər iki üzünə bu qarışımdan çəkirik.

  7. Qazanı isidib, dibini yağlayırıq.

  8. Lavaşları səliqə ilə qazana düzürük.

  9. Bişmiş kartofla fileni qarışdırıb üstünə göyərti və pomidoru əlavə edirik.

  10. Qazana sərdiyimiz lavaşın üzərinə bu qarışıqdan töküb lavaşın yarısını örtürük.

  11. Daha sonra qarışığın ikinci hisəsini də töküb lavaşla üzərini örtürük.

  12. Qazanı ağzı açıq halda qoymaq şərtilə öncədən  200 dərəcəyədək qızdırılmış sobada 20-25 dəq bişiririk.

  13. Gözəl və şahlara layiq yeməyimiz hazırdır.  Nuş olsun!



Hakkında:  Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır.



Hinduşkalı Sarma

2 Haziran 2015 Salı

Marinadlı Ballı Hinduşka

Ərzaqlar


  • 1 kq hinduşkanın döş əti (sümüksüz və dərisiz)

    Marinad:


  • 3 st. su

  • 2 x.q. iri duz

  • 2 x.q. qəhvəyi şəkər tozu

  • 1 ç.q. qara dənəvər istiot

  • 2 dəfnə yarpağı

    Qlazur üçün:


  • 2 x.q. duru bal

  • 2 x.q. zeytun yağı

  • 1 x.q. soya sousu

  • 1 x.q. şirin paprika

  • 1 ç.q. istiot qarışığı (qara, çili, kayen)


Hazırlanması


  1. Hinduşkanın döş ətini qığırdaq, piy və pərdədən təmizləyin.

  2. Marinadın ərzaqlarını qarışdırın. Hinduşka ətini içinə qoyun. Plyonkaya büküb, yaxud qabın ağzını qapaqla örtüb 24 saat soyuducuda saxlayın.

  3. İkinci gün: hinduşka ətini qurudun. Qlazur üçün olan ərzaqları qarışdırın (içinə sarımsaq da əzib qata bilərsiniz), ətin üzərinə çəkin. Əti rulet kimi bükün, kulinar ipiylə bağlayın. Qlazurda 3-4 saat (ən gözəli isə 24 saat saxlayın).

  4. Üçüncü mərhələ: tavanın içinə folqa döşəyin, ruletlərini içinə qoyun və 160 dərəcə qızdırılmış sobanın orta gözünə qoyun. 1 saat bişirin. Arada iki dəfə çıxarıb şirəsini üstünə gəzdirin.

  5. 1 saat sonra dərəcəni 180-dək artırın. Ruletlər olan sinini sobanın yuxarı gözünə qoyun. Daha 15 dəqiqə bişəndən sonra hazırdır.

  6. Azca dinləndirin. Doğrayıb boşqablara yığın.



Hakkında:  Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır. Nuş olsun!



Marinadlı Ballı Hinduşka